Print Options:

Limonlu Tart

Yields1 ServingPrep Time20 minsCook Time20 minsTotal Time40 mins

Inqrediyentlər
 1 paket Yuva mayası (11 g)
 3 fincan un (300 g)
 2 ədəd yumurta sarısı
 4 xörək qaşığı kərə yağı (90 g)
 1,5 cay qaşığı şəkər (12 g)
 1/2 cay qaşığı duz (2 g)
 1 fincan süd (80 g)
İçlik
 1 çay fincanı un (60 g)
 2 xörək qaşığı kərə yağı (40 g)
 2 ədəd limon
 2,5 fincan süd (500 g)
 1+1/3 çay stəkanı şəkər (130 g)
 1 paket vanil
Hazırlanması
Xəmirin Hazırlanması
1

Böyük bir qabda un, maya, şəkər, duz və yumurtanı qarışdırın. Kərə yağını əlavə edərək, xəmiri homojen olana qədər yoğurun.

2

Xəmiri iki yerə bölün. Onu oxlov ilə yayıb piroq qabına goyun. Nəmli bir parça ilə örtün və 10-15 dəqiqə saxlayın. Çəngəl ilə içində bir neçə deşik eləyin.

İçinin hazırlanması
3

Bir limon qabiğını terkadan keçirib, suyunu sıxın.

4

Başqa bir qabda 80 g şəkər vanil ilə qarışdırıb qaynadın. Ayrı kəsada 5 ədəd yumurtanı qalan 50 g şəkərlə qarışdırın. Bu qarışığa krem əldə etmək üçün terkadan keçirilmiş limon qabığını və un əlavə edib və qarışdırın. İsti süd töküb qaynayana qədər bişirin. Sonra, qazı söndürüb alınan kütləyə limon suyu və kərə yağını qarışdırın. Boşqabla örtüb 15 dəqiqə saxlayın.

5

Soyudandan sonra içliyi piroq bişirmə qabındakı xəmirin üstünə yayın. Bəzək üçün limon dilimlərdən istifadə edin. Əvvəlcədən qızdırılan sobada 220°C-də 15-20 dəqiqə bişirin.