Print Options:

Qarğıdalı Unlu Poğaça

6 porsiya üçün nəzərdə tutulub
İnqrediyentlər
İnqrediyentlər
 2 xörək qaşığı Yuva mayası (11 g)
 1,5 stəkan qarğıdalı unu (150 g)
 3,5 stəkan buğda (350 g)
 1 fincan yağsız süd (200 ml)
 1,5 fincan ilıq su (50 ml)
 3 xörək qaşığı bitki yağı (25 g)
 1 çay qaşığı duz (10 g)
 1 xörək qaşığı şəkər (10 g)
 1 xörək qaşığı yağlığı az olan kərə yağı (10 g)
 1 ədəd yumurta
İçi üçün
 200 g az yağlı pendir
 5-10 yarpaq yaşıl soğan
 3 budaq incə doğranmış cəfəri
Üstü üçün
 1 ədəd yumurta
 2 çimdik susam toxumu
Hazırlanması
1

1)Bir qabda bütün xəmir üçün nəzərdə tutlan inqrediyentləri qarışdırıb, xəmiri homojen olana qədər yoğurun. Təmiz dəsmal ilə örtüb 10 dəqiqə saxlayın.

2

2) Xəmiri 70 g olan parçalara bölün, təmiz dəsmal ilə örtüb 5-10 dəqiqə saxlayın.

3

3) Ayrı bir qabda doğranmış yaşıl soğan və pendiri qarışdırın.

4

4) Oxlov ilə hər bir kündəni dairə formasında açın. Üstünə pendirli içliyi qoyub yayın, sonra isə xəmiri örtün.

5

5) Yağlanmış qabın içinə qoyub nəm dəsmal ilə örtün. Otaq temperaturunda (25°C -28°C) 1-1,5 saat xəmirin qalxmasını gözləyin.

6

6) Yumurtanı döyüb xəmirin üstünə çəkin, sonra isə susam toxumu səpin.

7

6) Yumurtanı döyüb xəmirin üstünə çəkin, sonra isə susam toxumu səpin.